Hollivud ulduzu "Real"ı yenən "Arsenal"ı belə təbrik etdi - VİDEO

Hollivud ulduzu "Real"ı yenən "Arsenal"ı belə təbrik etdi - VİDEO

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid" üzərində inamlı qələbə "Arsenal"ın ulduz azarkeşinin də reaksiyasına səbəb olub.

Fanat.Az "Dailysports"-a istinadən xəbər verir ki, "Arsenal" fanatı olan Hollivud ulduzu Enn Hetuey "Instagram" səhifəsində paylaşım edərək klubun himnini oxuyub.

O, həmçinin, təbrik mesajında belə yazıb: "Təbrik edirəm, uşaqlar. Xüsusilə Rays, xüsusilə Merinos, xüsusilə yenə də Rays".

 

Yeri gəlmişkən, məşhur estrada müğənnisi Dua Lipa Çempionlar Liqası matçında "Emirates Stadium"unun tribunalarında görüntülənib. O, londonluların qələbəsinə sevinib ki, bu, çoxlarını təəccübləndirib. Çünki çoxları onu "Liverpul" azarkeşi hesab edirdi.

Xatırladaq ki, "Arsenal"ın 3:0 qalib gəldiyi matçda həlledici məqam Raysın cərimə zərbələrindən vurduğu 2 mükəmməl qol olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər