Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

Fransa Liqa 1-də mövsümə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu – 34-cü turun bütün oyunları eyni gündə keçirilib.

Çempion PSJ evdə “Oser” üzərində inamlı qələbə qazanıb. Lion “Olimpik”i “Anje”ni, Marsel “Olimpik”i də “Renn”i məğlub yola salıb. “Monako” isə səfərdə “Lans”a böyük hesabla uduzub.

Beləliklə, PSJ mövsümü 84 xalla zirvədə tamamlayıb. Marsel “Olimpik”i 65 xalla ikinci, “Monako” 61 xalla üçüncü yeri tutub. 

33 xalla 16-cı olan “Reyms” elitada qalmaq üçün pley-off mübarizəsi aparacaq. 30 xalla 17-ci olmuş “Sent Etyen” və 16 xalla sonuncu yeri tutmuş “Monpelye” isə elitanı tərk ediblər.

Fransa Liqa 1 34-cü tur 17 may

Lans – Monako 4:0 Qollar: Əl-Aynaui, 21; 56. A.Tomasson, 73. Zaruri, 78.

Lill – Reyms 2:1 Qollar: Kabella, 37. Akpom, 86-pen – Akieme, 60.

Olimpik Lion – Anje 2:0 Qollar: Lyakazett, 55-pen. 72.

Olimpik Marsel – Renn 4:2 Qollar: Qrinvud, 21-pen; 45+1. Rabyo, 38; 90+2 – Kone, 14. K.Qomes, 77.

Nant – Monpelye 3:0 Qollar: Simon, 18-pen. Koklen, 31. Ablin, 79.

Nitsa – Brest 6:0 Qollar: Gessan, 16. Labord, 19; 75. Buanani, 28-pen. Moffi, 82. Abdi, 90+4.

Sent Etyen – Tuluza 2:3 Qollar: Tardieu, 38. Batubinsika, 63 – Kamanzi, 10. Kinq, 15. Qboho, 58.

PSJ – Oser 3:1 Qollar: Kvaratsxeliya, 59; 88. Markinyos, 67 – Sinayoko, 30.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər