Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın La Liqa çempionluğunu finişə iki tur qalmış qazanmasından sonra təəssüratlarını bölüşüb. 

Fanat.Az xəbər verir ki, "Barca Universal" alman çalışdırıcının fikirlərini belə çatdırıb:

"Barselona"da mütləq titullar qazanmalısan. Üç kubok inanılmaz nailiyyətdir. Çempionlar Liqasının yarımfinalında "İnter"ə uduzmaq yaxşı olmadı, amma indi çox xoşbəxtəm. Düşünürəm ki, azarkeşlər, oyunçular və klubdakı hər kəs mənim emosiyalarımı bölüşür. Mövsümün ikinci yarısını əla keçirdik, La Liqada məğlub olmadıq. İnanılmazdır! Komandamı təbrik edirəm. Növbəti mövsüm daha çox nailiyyət əldə edə bilərik". 

"Blauqrana" derbidə "Espanyol"a qalib gəlib (2:0) və ikinci yerdə qərarlaşan "Real Madrid"lə 7 xallıq üstünlüyünü qoruyub. 

Xatırladaq ki, almaniyalı mütəxəssis vəzifəsinə ötən ilin yayında Xavi Ernandesi əvəzləyərək başlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər