Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə final uğrunda qarşılaşacaq cütlüklər müəyyənləşib.
Püşk iki İspaniya təmsilçisini - "Sevilya" və "Valensiya"nı üz-üzə qoyub. Bu isə finalda bir ispan komandasının olacağı deməkdi. Həlledici matça vəsiqə uğrunda digər qarşılaşmada "Benfika" və "Yuventus" qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində baş tutacaq.
Avropa Liqası
Yarımfinal
Sevilya (İspaniya) - Valensiya (İspaniya)
Benfika (Portuqaliya) - Yuventus (İtaliya)
Fanat.az