FIFA referimiz Konfrans Liqasına təyinat aldı

FIFA referimiz Konfrans Liqasına təyinat aldı
FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı baş hakim Moldovanın "Petrokub" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında I təsnifat mərhələsinin cavab görüşünü idarə edəcək.
Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.
Qeyd edək ki, iyulun 15-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər