Əvvəl "Xəzər Lənkəran", sonra "Trabzonspor"

Əvvəl "Xəzər Lənkəran", sonra "Trabzonspor"
Mirça Rednikin "Xəzər Lənkəran"a rəhbərlik etdiyi vaxt bir neçə dəfə ölkəmizə səfər edən Ana Maria Prodan Türkiyə mediasının gündəminə düşüb. Fanat.az xəbər verir ki, buna səbəb onun Aleksandru Bourkeanunun "Trabzonspor"a keçidinə vasitəçilik etməsi olub. Qardaş ölkənin əksər media orqanları Ana Maria ilə bağlı yazılar hazılayıb.
Prodan FIFA tərəfindən tanınan yeganə qadın menecerdi. Vətənində və Avropada maqazin mediasının gündəmindən düşməyən Ana Maria bir neçə dəfə çılpaq fotosessiyalarda iştirak edib. O, hazırda "Styaua"ya başçılıq edən Laurentiu Reqekampfla evlidi. Əvvəllər "Buftea" klubunun prezidenti olub. 
Qeyd edək ki, Prodan Mirça Rednikin vaxtında bir neçə futbolçunun "Xəzər Lənkəran"a keçidində vasitəçilik etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər