Emreli oynadı, "Nürnberq" evdə darmadağın oldu

Emreli oynadı, "Nürnberq" evdə darmadağın oldu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın 2-ci bundesliqasında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, onun çıxış etdiyi “Nürnberq” 28-ci tur çərçivəsində doğma meydanda “Hamburq”u qəbul edib.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli 58-ci dəqiqədə - komandası hesabda 0:2 geridə olarkən əvəzetmədən oyuna qoşulub və sarı vərəqə almaqla yadda qalıb. 

“Nürnberq” hazırda 41 xalla 9-cu yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər