Çempionlar Liqasında Müller kimisi yoxdur

Çempionlar Liqasında Müller kimisi yoxdur

Ötən gecə Münhendə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Bayern" İtaliya "İnter"ini qəbul edib. 

Fanat.Az xəbər verir ki, görüş qonaqların xeyrinə (2:1) başa çatıb.

86-cı dəqiqədə Tomas Müllerin qolundan sonra "Bayern" heç-heçəyə yaxın olsa da, məğlubiyyətdən xilas ola bilməyib.

Bununla belə, Müller Çempionlar Liqasında tarix yazmağa müvəffəq olub. "Opta"nın hesablamasına görə, ikinci hissədə əvəzetmədən meydana daxil olan təcrübəli forvard turnirin 1/4 finalında ən çox iştirak edən futbolçu olub. Alman futbolçu ÇL-in 1/4 final mərhələsində 24 matçda iştirak edib.

Sonrakı yerləri argentinalı hücumçu Lionel Messi və almaniyalı qapıçı Manuel Noyer tutur. Hər ikisi 23 matçda meydana çıxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər