Çempion "Liverpul" antirekordla tarixə düşdü

Çempion "Liverpul" antirekordla tarixə düşdü

Çempion "Liverpul" İngiltərə Premyer Liqasında antirekordla yadda qalıb.

Fanat.Az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb. 

Statistika portalının hesabatına görə, son turda "Brayton"a yenilən (2:3) mersisaydlılar çempion olduqdan sonra keçirdiyi üç matçın heç birində qələbə qazanmayıb. Beləliklə, Arne Slotun baş məşqçisi olduğu "qırmızılar" Premyer Liqanın tarixinə "qızıl"ı təmin etdikdən sonra çempionatda keçirdiyi üç matçın heç birində qalib gələ bilməyən ilk komanda kimi düşüb.  "Liverpul" "Brayton"dan əvvəl "Arsenal"la heç-heçə (2:2) edib, "Çelsi"yə isə məğlub (1:3) olub.

Qeyd edək ki, "Liverpul" sonuncu turda "Kristal Pelas"ı qəbul edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər