Əliyar Ağayev Konfrans Liqasının pley-off matçında

Əliyar Ağayev Konfrans Liqasının pley-off matçında

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb. 

Fanat.Az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin “Gent” (Belçika) və “Rakuv” (Polşa) komandaları arasında Belçikada keçiriləcək cavab oyununun baş hakimi olacaq.    Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.   Avqustun 26-da keçiriləcək “Gent” – “Rakuv” qarşılaşmasına Bakı vaxtı ilə 22:00-da start veriləcək. Komandalar arasında ilk görüş isə avqustun 19-da olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər