Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Fanat.Az xəbər verir ki, gənc referi Avropa Liqasının qrup mərhələsinin ilk turunda iş başında olacaq.

 

Belə ki, UEFA “Gimaraeş”-  “Zalsburq” qarşılaşmasını ona həvalə edib. “Afonso Enrike” stadionunda baş tutacaq matçda ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Mübariz Həşimov ehtiyat hakim funksiyasını yerinə yetirəcəksə, matçın əlavə hakim köməkçiləri Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

 

Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Gimaraeş”- - “Zalsburq” oyunu Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər