Elçin Məsiyevə UEFA-dan təyinat

Elçin Məsiyevə UEFA-dan təyinat

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Fanat.Az xəbər verir ki,  o, "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında Avstriyada keçiriləcək UEFA KL-in II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.

Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. 

Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər