Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

Əfsanəvi Zidan Lamin Yamala heyran qalıb - "Həyatımda beləsini görməmişdim"

Əfsanəvi fransalı futbolçu və "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan "Barselona"nın gənc yarımmüdafiəçisi Lamin Yamalın çıxışını şərh edib.

Fanat.Az xəbər verir ki, "Barca Universal" "Zizu"nun "Adidas"ın tədbirində dediklərini belə çatdırıb: 

"Onun oyununu izləyəndə... Məsələn, "İnter"lə yarımfinalın ikinci yarısını götürək. Həyatımda heç vaxt beləsini görməmişdim. Bu, müstəsna bir şey idi - bacarıq və oyuna nəzarət. Belə inamlı və yetkin oyunu izləmək heyrətamiz idi. Hamımız əla vaxt keçirdik. Lamin gənc nəsil üçün əsl ilham oldu. Hər dövrün öz qəhrəmanları var və bu, çox  gözəldir".

Qeyd edək ki, 17 yaşlı Yamal 2024/2025 mövsümündə "Barselona"nın heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər