Dünya çempionu İngiltərəyə qayıdası olmadı - AÇIQLAMA

Dünya çempionu İngiltərəyə qayıdası olmadı - AÇIQLAMA

İngiltərənin aparıcı klublarının - “Liverpul” ilə “Arsenal”ın ciddi maraqlandığı "Atletiko Madrid"li hücumçu Xulian Alvares bu yay iş yerini dəyişməyəcək.

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun prezidenti Enrike Serezo “Marca”ya açıqlamasında belə deyib.

Klub rəhbəri Alvaresi bu qədər tez satmağı planlaşdırmadığını bildirib: "Xulian Alvares "Atletiko"nun oyunçusudur və belə qalacaq". 

25 yaşlı argentinalı ötən yay "Mançester Siti"dən 80 milyon funt-sterlinqə transfer olunub. O, ilk mövsümündə "Atletiko" forması ilə bütün turnirlərdə 53 matça çıxaraq 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Xulian 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər