Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

"Aston Villa"nın və Argentina millisinin qolkiperi Emiliano Martines bu yay klubunu dəyişməyə hazırlaşır.

 Fanat.Az xəbər verir ki, qapıçının "Tottenhem"lə "Villa Park"dakı oyunda pərəstişkarları ilə emosional vidalaşmasından sonra bir neçə klub ona maraq göstərməyə başlayıb.

Latın Amerikasının “D Sports” telekanalı "Barselona" və "Mançester Yunayted"in argentinalının xidmətində maraqlı olduğunu iddia edib.  Sözügedən klublar 32 yaşlı qolkiperi yay "transfer pəncərəsi"ndə heyətinə qatmağa cəhd edəcəklər.

Voytsex Şensnının "Barsa"dakı gələcəyi qeyri-müəyyən olduğundan, kataloniyalılar ter Stegenə rəqib axtarırlar. “Mançester Yunayted” isə bu mövsüm bir neçə kobud səhvə yol verən Andre Onananın qeyri-sabit oyunundan narazıdır. 

Martinesə "Barselona" və "Mançester Yunayted"dən başqa, Səudiyyə Ərəbistanı klubları da maraqlanır.

Martines karyerasına "Arsenal"da başlayıb, lakin 10 ildə cəmi 15 oyuna çıxıb. "Aston Villa"da o, 40-dan çox matçda qapısını toxunulmaz saxlayıb. O, həmçinin 2022-ci ildə Argentina ilə dünya çempionu olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər