Delibaşiç vəfat etdi

Delibaşiç vəfat etdi

Monteneqro millisinin sabiq futbolçusu Andriya Delibaşiç dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə onun vaxtilə çıxış etdiyi İspaniya klubu "Malyorka"nın mətbuat xidməti məlumat yayıb.

Keçmiş hücumçu 43 yaşında vəfat edib. 2023-cü ilin mart ayında ona beyin şişi diaqnozu qoyulmuşdu. 

Delibasiç karyerası ərzində "Malyorka"dan başqa, “Partizan”, “Braqa”, “Real Sosyedad” və “Rayo Valyekano”da da çıxış edib. Bundan əlavə, forvard Monteneqro millisinin heyətində 20 matça çıxıb və 3 qol vurub.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər