De Bröyne klublararası dünya çempionatında "Mançester Siti"yə kömək etmək istəmir

De Bröyne klublararası dünya çempionatında "Mançester Siti"yə kömək etmək istəmir

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne klublararası dünya çempionatında iştirak etməyəcək.

Fanat.Az xəbər verir ki, jurnalist Ceremi Kross bu barədə məlumat yayıb. 

Turnir iyun-iyul aylarında keçiriləcək. Məlum olduğu kimi, belçikalının yayda başa çatan müqaviləsinin müddəti uzadılmayacaq - o, azad agent olacaq.  

Yarımmüdafiəçi zədə riskindən qaçmaq üçün Klublararası Dünya Çempionatında Xosep Qvardiolanın komandasında çıxış etmək niyyətində deyil. Futbolçu hesab edir ki, zədə onun digər klublarla danışıqlarını poza bilər. O, çox güman ki, mayın 25-də Premyer Liqanın son turunda “Fulhem”lə qarşılaşacaqları zaman “Siti”nin heyətində son oyununu keçirəcək. De Bröyne ümid edir ki, "Mançester Siti" onun qərarına anlayışla yanaşacaq.

33 yaşlı belçikalı 2015-ci ildən İngiltərə çempionunda çıxış edir.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər