Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

"Bayer Leverkuzen"in müdafiəçisi Conatan Tanın yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu "Bayern Münhen"lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Futbolçunun Münhen nəhəngi ilə anlaşması barədə artıq "Bayer"ə məlumat verilib. “Əczaçılar” indi Tanın klublararası dünya çempionatında yeni komandasına qoşula bilməsi üçün transfer haqqını müzakirə etmək üçün “Bayern”dən əlaqə yaradılacağını gözləyirlər.

Qeyd edək ki, 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edən Ta ötən mövsüm "əczaçılar"la Bundesliqada çempion olub. O, cari mövsüm  "Bayer" forması ilə bütün turnirlərdə 49 matça çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər