Cihan Özkara Avropa Liqasına yaxınlaşdı

Cihan Özkara Avropa Liqasına yaxınlaşdı
Türkiyə Super Liqasında XXXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Cihan Özkarının çıxış etdiyi "Sivasspor" "Akhisar Bələdiyyəspor"u qəbul edib.
Oyun Sivas təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan meydana çıxmayıb və oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 33 oyundan sonra 53 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Sivasspor" Avropa Liqasına vəsiqə qazanmaq üzrədi. Son turda əldə olunacaq bir xal Cihan Özkaranın komandasına avrokubok bileti verəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər