Cerrard nöqtə qoydu: "Ondansa, bir-iki bokal pivə içməyi üstün tuturam"

Cerrard nöqtə qoydu: "Ondansa, bir-iki bokal pivə içməyi üstün tuturam"

"Liverpul"un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard məşqçilik karyerasını bərpa etmək istəyib-istəməməsinə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, Liverpool Echo" əfsanəvi futbolçunun dediklərini belə təqdim edib: 

"Xeyr, istəmirəm. Sərbəst oyanıb öz işimlə məşğul olduğum üçün şadam. Artıq stressin nə olduğunu unutmuşam. Bir il yarımda qəti fikrə gəldim ki, geri qayıtmayacağam. Qolf oynamağa, bara getməyə və bir-iki bokal pivə içməyə üstünlük verirəm. İş zamanı qadağan olunan normal şeylərlə məşğul olmaq istəyirəm". 

Xatırladaq ki, Stiven “Qlazqo Reyncers” və “Aston Villa”nı çalışdırıb. Onun son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq”ı olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər