Cavid Hüseynovun yeni iş yeri bilindi - Komandanı məşqə çıxardı

Cavid Hüseynovun yeni iş yeri bilindi - Komandanı məşqə çıxardı

Martın ortalarında "Səbail"dən istefaya göndərilən Cavid Hüseynovun yeni iş yeri bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, gənc məşqçi köhnə-yeni komandası "Cəbrayıl"ın sükanı arxasına keçib.

Artıq Qarabağ təmsilçisini məşqlərə Hüseynov çıxarır.  O, "Neftçi"nin köhnə bazasında baş tutan çalışmalarda komandaya başçılıq edib. 

Qeyd edək ki, "Cəbrayıl" I Liqada çıxış edir və 19 turdan sonra 16 xalla sonuncudan əvvəlki - 9-cu yerdə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər