Türkiyə Kubokunda qrup mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçuların da rəqibləri müəyyənləşib.
Vaqif Cavadov, Rəhman Hacıyev, Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" ilə Cihan Özkaranın forma geyindiyi "Sivasspor" A qrupunda yer alıb. Onlarla yanaşı, bu qrupda "Qaziantepspor" və "Tuzlaspor" mübarizə aparacaq.
Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" B qrupuna düşüb. Millimizin sabiq üzvü qrupdan çıxmaq üçün "Trabzonspor", "Akhisar Bələdiyyəspor" və "Keçiörengücü" ilə yarışacaq.
Timur Temeltaşın forma geyindiyi "Altınordu" "Fənərbaxça" ilə birlikdə E qrupunda yer alıb. Qrupun digər iştirakçıları "Kayserispor" və "Bayburt" olacaq.
Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor" isə "Gənclərbirliyi", "Konyaspor" və "Cizrəspor"la birlikdə H qrupunda yer alıb.
| A qrupu | B qrupu | C qrupu | D qrupu |
| Sivasspor | Trabzonspor | Bursaspor | Karabükspor |
| Qaziantepspor | Akhisar B | Mersin İY | Başakşəhər |
| Qaziantep BB | Manisaspor | Samsunspor | Ankaragücü |
| Tuzlaspor | Keçiörengücü | Karagümrük | Sivas 4 Eylül |
| E qrupu | F qrupu | G qrupu | H qrupu |
| Fənərbaxça | Beşiktaş | Qalatasaray | Gənclərbirliyi |
| Kayserispor | Rizəspor | Eskişəhərspor | Konyaspor |
| Altınordu | A.Dəmirspor | Diyarbakır BB | Girəsunspor |
| Bayburt | Sarıyer | Balçova | Cizrəspor |
Fanat.az