Bu iki klub Poqbanı almaqdan imtina etdi - SON DURUM

Bu iki klub Poqbanı almaqdan imtina etdi - SON DURUM

Fransalı yarımmüdafiəçi Pol Poqba Avropada özünə yeni komanda tapa bilmir.

Fanat.Az xəbər verir ki, hazırda azad agent statusu daşıyan 31 yaşlı orta sahə oyunçusunun müştərilərindən ikisi fikrindən daşınıb.

Məlumatı "Manchester Evening News" yayıb. Xəbərə görə, o, "Olimpik Marsel"də oynamaq istəsə də, sözügedən klub ondan imtina ediblər. “Mançester Yunayted” də keçmiş futbolçunu geri qaytarmaq fikrini dəyişib.

Xatırladaq ki, dopinq testi müsbət nəticələndiyi üçün 4 illik diskvalifikasiya olunan, sonradan cəza müddəti İdman Arbitraj Məhkəməsi tərəfindən 1,5 ilə endirilən Poqba ötən aydan etibarən rəsmi matçlara çıxmaq hüququna sahibdir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər