Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

Birinci Liqaya vəsiqə uğrunda pley-off oyununun təyinatları bilindi

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşünün təyinatları açıqlanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Difai” və “Hypers Guba” komandaları arasında keçiriləcək oyun FİFA referisi Elçin Məsiyevə həvalə olunub.

Ona Elşad Abdullayev, Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Rauf Cabarov, AVAR isə Namiq Hüseynov olacaq.

Mayın 28-də “ASCO Arena”da təşkil olunacaq matç saat 16:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər