Birinci Liqa: "Zaqatala"dan darmadağın, "Mingəçevir" autsayderin müqavimətini qıra bilmədi

Birinci Liqa: "Zaqatala"dan darmadağın, "Mingəçevir" autsayderin müqavimətini qıra bilmədi

Birinci Liqada 27-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun birinci günündə 3 matç baş tutub. 

MOİK "SƏbrayıl"ı minimal hesabla üstələyib. "Zaqatala" isə "Baku Sportinq"ə divan tutub. Oyunun əvvəlində azlıqda qalan bakılılar darmadağından qaça bilməyiblər.

Günün son qarşılaşmasında "Mingəçevir" "Qaradağ Lökbatan"ın qonağı olub. Füzuli Məmmədovun komandası aşkar autsayderin müqavimətini qıra bilməyərək xal itkisi ilə barışmalı olub.

Qeyd edək ki, turun iki görüşü - "Karvan" - "İmişli" və "Qəbələ" - "Difai" qarşılaşmaları sabah keçiriləcək.

Birinci Liqa 27-ci tur 10 aprel

MOİK - "Cəbrayıl" 2:1 Qollar: İ.Əliyev, 58. S.Allahquliyev, 68 - T.Qarayev, 54.

"Zaqatala" - "Baku Sportinq" 6:1 Qollar: C.Qurbanlı, 6. R.İsmayılov, 45+1-pen. A.Babazadə, 46. R.Süleymanov, 48. J.Assumu, 58. E.Abdullayev, 83-öz qapısına - İ.Allahverdiyev, 40.

"Qaradağ Lökbatan" - "Mingəçevir" 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər