Birinci Liqa: "Karvan" çempiona qalib gəldi

Birinci Liqa: "Karvan" çempiona qalib gəldi

Azərbaycan I Liqasında 24-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə 3 matç baş tutub.

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək üç komanda məhz bu gün meydana çıxıblar. "Karvan" artıq çempionluğunu təmin edən "Qəbələ" üzərində inamlı qələbə qazanıb. "İmişli" "Qaradağ Lökbatan"ı üstələyib. "Zaqatala" ilə MOİK-in duelindən isə bölgə təmsilçisi qalib ayrılıb.

Azərbaycan I Liqası 24-cü tur 2 may

İmişli – Qaradağ Lökbatan 3:1 Qollar: İ.İnqilablı, 55. O.Timilehin, 66. S.Fərəcov, 90+1 - N.Novruzov, 75.

Zaqatala – MOİK 1:0 Qol: R.İsmayılov, 57.

Karvan – Qəbələ 2:0 Qollar: E.Qasımov, 62. E.Morgan, 80.

Turun digər oyunları dünən keçirilib: 

Cəbrayıl – Baku Sportinq 2:1 Difai – Mingəçevir 1:4

Birinci Liqa: "Karvan" çempiona qalib gəldi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər