"Belə qollar buraxmamalıyıq" - "Omoniya"nın yarımmüdafiəçisi

"Belə qollar buraxmamalıyıq" - "Omoniya"nın yarımmüdafiəçisi

Kiprin “Omoniya" komandasının yarımmüdafiəçisi Şehu Abdullahi Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu Nikosiyada 1:4 hesabıyla uduzduqları matçdan sonra belə danışıb:   “Nəsə düzgün getmədi. Gələcəkdə daha yaxşısını etmək üçün bunun səbəbini araşdırmalıyıq. Oyun istədiyimiz kimi alınmadı. Bu, bizim günahımızdır. Belə qollar buraxmamalıyıq. Bu cür səhvlər yolverilməzdir”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər