Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

İtaliya millisinin keçmiş hücumçusu Mario Balotelli karyerasını Meksika və ya ABŞ-da klublardan birində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "talkSPORT" yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı forvard cəmi 6 matçda iştirak etdiyi və qol vura bilmədiyi “Cenoa”da uğursuz çıxışından sonra Avropadan kənarda oynamaq variantlarını nəzərdən keçirir. Balotellini transfer etmək baxımından favoritlər arasında Meksika təmsilçisi "Kruz Azul" hələ ötən ilin dekabrında futbolçu ilə maraqlanır.

Bundan başqa, Amerikanın "Los-Anceles"i də italyan uğrunda mübarizəyə qoşulub. MLS təmsilçisi yayda klubdan ayrılan Olivye Jiruya əvəzləyici axtarır. 

"Transfermarkt"ın məlumatına görə, Balotellinin bazar dəyəri 500 min avrodur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər