Bakıda PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirildi

Bakıda PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirildi

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.

Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.

AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov kömək edib.

Təhsil və Reabilitasiya Mərkəzində gerçəkləşən dərslərin ilk mərhələsi tanışlıq xarakteri daşıyıb. Kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər