Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.

Fanat.Az xəbər verir ki, “Zenit”də çıxış edən müdafiəçimiz 10-cu turdakı performansına əsasən rəmzi komandaya seçilib.

Nigarın komandası son turda “Zvezda-2005”-i 1:0 hesabı ilə məğlub edib ki, start heyətində yer alan millimizin üzvü matçı əvəzolunmadan başa vurub.

Mirzəliyeva daha əvvəl 8-ci turun rəmzi komandasına da düşmüşdü.

Onun komandası hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər