Azərbaycanlı futbolçu Albaniyada yenilgiyə üzüldü

Azərbaycanlı futbolçu Albaniyada yenilgiyə üzüldü

Albaniya çempionatında 34-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” “Partizani”nin qonağı olub.

Zamiqin komandası səfərdən məğlub dönüb – 0:1. Əliyev 90 dəqiqə meydanda olub.

Məğlubiyyətə baxmayaraq, 58 xalı olan “Eqnatiya” liderliyini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər