Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

Bu gün Qazaxıstan Futbol Federasiyasının (QFF) növbədənkənar konfransı keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda federasiyanın təşkilati strukturunda dəyişikliklər müzakirə olunub. 

Konfransda icraiyyə komitəsinin altı üzvü vaxtından əvvəl vəzifəsindən azad edilib onların yerinə yeni üzvlər seçilib. Yeni üzvlərdən biri “Kaspi.kz” şirkətinin təsisçisi, milyarder iş adamı Mixail Lomtadze olub. Lomtadze “Forbes”in Qazaxıstan üzrə 50 ən nüfuzlu iş adamı siyahısında 6-cı yerdə qərarlaşıb.  Gürcüstan vətəndaşı olan Lomtadze həmçinin, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün – “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibidir. 

50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biri olmaqla yanaşı, ölkənin ən böyük banklarından “Kaspi Bank”ın 23 faizlik səhminə nəzarət edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər