Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer olundu

Azərbaycan millisinin üzvü "Fənərbağça"ya transfer olundu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, 26 yaşlı oyunçu "Fənərbağça"ya keçib. 

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər