Azərbaycan millisinin Belarusla oyunlar üçün heyəti açıqlandı

Azərbaycan millisinin Belarusla oyunlar üçün heyəti açıqlandı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.

Fanat.Az xəbər verir ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.

Millinin təlim-məşq toplanışı üçün heyəti də açıqlanıb: 

1. Bilal Hacıyev - Qarabağ 2. Ülvi Abbaslı - Sumqayıt 3. Kamal Camalzadə - Neftçi 4. Uğur Qurbanlı - Qarabağ 5. Roman Fərzəli - Qarabağ 6. Vaqif Nəbiyev - Qarabağ 7. Arda Əzizli - Qarabağ 8. Mehdi İsmayılov - Qəbələ 9. Tunar Bayramov - Qəbələ 10. Ramil Hacıyev - Zirə 11. Cəfər Balakişiyev - Zirə 12. Ruslan Quliyev - Neftçi 13. Yusif Orucəliyev - EFA 14. Mirzə Məmmədli - Sumqayıt 15. Ömər Kosayev - Sumqayıt 16. Raul Hüseynov - Vətən 17. Furqan Musayev - Beşiktaş (Türkiyə) 18. Şikar Şikar - Neftçi 19. Murad İsmayılov - Qarabağ 20. Cavidan Əlizadə - Qarabağ 21. Tunar Əsgərzadə - Qarabağ 22. Nicat Rəhimli - Qəbələ

Qeyd edək ki, “Neftçi”nin futbolçuları mayın 7-də - çempionat oyunundan sonra milliyə qoşulacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər