Azərbaycan millisi Estoniyaya uduzdu

Azərbaycan millisi Estoniyaya uduzdu

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan UEFA İnkişaf Turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi  sonuncu oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda turnirdəki üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu 90-cı dəqiqədə Nicat Kərimov vurub. Qeyd edək ki, U-17 turnir çərçivəsində ilk oyunda Moldovaya (0:1) məğlub olub, növbəti matçda Gürcüstana (1:0) qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər