Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, sabah keçiriləcək matçlar FİFA hakimlərinə tapşırılıb.
“Araz-Naxçıvan” – “Qarabağ” görüşünü Elçin Məsiyev idarə edəcək. Əliyar Ağayev isə “Neftçi” – “Sabah” matçında fit çalacaq.
Azərbaycan Kuboku 1/2 final, ilk oyunlar 2 aprel
17:00. “Araz-Naxçıvan” – “Qarabağ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu VAR: Nicat İsmayıllı AVAR: Eyyub İbrahimov Hakim-inspektor: Anar Salmanov Liv Bona Dea Arena
19:30. “Neftçi” – “Sabah” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov VAR: Rauf Allahverdiyev AVAR: Kamran Bayramov Hakim-inspektor: Ömər Paşayev Neftçi Arena