Azərbaycan çempionatında son 11 ilin rekordu reallaşdı

Azərbaycan çempionatında son 11 ilin rekordu reallaşdı

Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb.

Fanat.Az xəbər verir ki, Misli Premyer Liqasının XXXII turunun 4 matçı heç-heçə nəticələnib.

“Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” – “Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalib müəyyənləşib.

Bir turda 4 heç-heçənin qeydə alınması sonuncu dəfə 2013/14 mövsümündə baş verib.

2014-cü il fevralın 23-də eyni gündə keçirilən 5 matçın dördündə qalib müəyyənləşməyib. Həmin gün “Qarabağ” – “Simurq” və “Qəbələ” – “Rəvan” oyunları qolsuz bitibsə, “İnter” – “Bakı” matçında 1:1, AZAL – “Xəzər Lənkəran” görüşündə 2:2 hesabı qeydə alınıb. “Sumqayıt” isə “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər