"Avropa Liqasının qalibi olacağımıza ümid edirik" - Xavi

"Avropa Liqasının qalibi olacağımıza ümid edirik" - Xavi

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasını qazanmağa kökləndiklərini deyib.

Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın saytına bölüşüb:

"Biz topu özümüzdə daha çox saxlamaq üzərində işləməliyik. Öz azarkeşlərimiz önündə oynayacağıqsa, deməli, meydan amilindən də maksimum faydalanmalıyıq. Bəhanədən söhbət belə, gedə bilməz. "Barselona" çox böyük hədəfləri olan klubdur. Həm "Ayntraxt"a qalib gəlməli, həm də parlaq oyun sərgiləməliyik. Yekunda yarışın qalibi adını qazanacağımıza ümid edirik. Klubun titul kolleksiyasında Avropa Liqası kuboku yoxdur. Bu turnirdə qələbə "Barselona"nın tarixi üçün vacibdir".

Xatırladaq ki,  AL-in 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq "Barselona" - "Ayntraxt" qarşılaşması bu gün keçiriləcək. Tərəflərin ilk dueli 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər