Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, hər iki qarşılaşma eyni vaxtda start götürəcək.
"Şaxtyor" doğma azarkeşləri önündə "Sevilya"nı qəbul edəcəksə, "Liverpul" səfərdə "Vilyareal"ın qonağı olacaq.
İki İspaniya təmsilçisinin budəfəki işinin asan olmayacağı bəribaşdan bəllidi. Dortmund "Borussiya"sı üzərində dramatik qələbə qazanaraq yarımfinala adlayan "Liverpul" yarışın favoriti hesab olunur. Buna görə də Yürgen Kloppun "Vilyareal"la hər iki matçda çətinlik çəkməyəcəyi gözlənilir.
Ancaq "Şaxtyor" - "Sevilya" matçının ən güclüsünü təxmin etmək elə də asan məsələ deyil. Hər halda hər iki komanda finala adlamaq gücündədi.
Avropa Liqası, yarımfinal mərhələsinin ilk oyunları
28 aprel
23:05. "Şaxtyor” (Ukrayna) – "Sevilya” (İspaniya)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomas Listkieviç, Radoslav Sieyka
Əlavə hakim köməkçiləri: Pavel Raçkovski, Tomas Musial (hamısı Polşa)
Lvov. "Lvov Arena”
23:05. "Vilyareal” (İspaniya) – "Liverpul” (İngiltərə)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul
Əlavə hakim köməkçiləri: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Vilyareal. "Madriqal” stadionu
Fanat.az