Avropa Liqasında turun ən erkən qolu: 12-ci saniyədə - VİDEO

Avropa Liqasında turun ən erkən qolu: 12-ci saniyədə - VİDEO

UEFA Avropa Liqasının II turu çərçivəsində C qrupunda "Napoli" Moskva "Spartak"ını qəbul edib.

Fanat.Az xəbər verir ki, oyun qonaqların 3:2 hesablı qələbəsi ilə nəticələnib. Görüş daha bir əlamətdar hadisə ilə də yadda qalıb. "Napoli"nin 22 yaşlı yarımmüdafiəçisi Elif Elmas matçın 12-ci saniyəsində hesabı açaraq Avropa Liqasında vurulan ən erkən qollardan birinin müəllifi olub.

Həmin qolun videotəkrarını təqdim edirik:

 

Xatırladaq ki, Avropa Liqası tarixində vurulan ən erkən qolun müəllifi Çexiya millisinin yarımmüdafiəçisi Yan Sikoradır. Futbolçu 2016-cı ildə "Slovan Liberets"in heyətində oyunun 10-cü saniyəsində "Qarabağ"ın qapısından keçirdiyi topla rekord imza atıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər