Avropa Liqasında təxirə salınan oyunun vaxtı açıqlandı

Avropa Liqasında təxirə salınan oyunun vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turundan təxirə salınan bir görüşün keçiriləcəyi tarix müəyyənləşib.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərədə "Arsenal" və Niderlandın PSV komandaları arasında keçiriləcək qarşılaşma oktyabrın 20-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Bu səbəbdən London təmsilçisinin oktyabrın 19-da "Mançester Siti"yə qarşı keçirəcəyi Premyer Liqa matçı təxirə salınıb.

Xatırladaq ki, sentyabrın 15-də keçirilməsi planlaşdırılan "Arsenal" - PSV matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar ertələnib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər