Avropa Liqasında mövsümün komandası müəyyənləşdi

Avropa Liqasında mövsümün komandası müəyyənləşdi

Avropa Liqasında 2024/25 mövsümünün rəmzi heyəti müəyyənləşib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı məlumat yayıb.

Mövsümün ən yaxşı "11-liyi"ndə 6 klubun təmsilçisi yer alıb. Bundan başqa, çempion "Tottenhem"in simvolik heyətdə 4 futbolçusu yer alıb.

Qapıçı: Qulyelmo Vikario ("Tottenhem", İngiltərə); Müdafiəçilər: Kristian Romero, Pedro Porro (hər ikisi "Tottenhem"), Robin Kox ("Ayntraxt Frankfurt", Almaniya), Fredrik-Andre Byorkan ("Budyo-Qlimt", Norveç); Yarımmüdafiəçilər: Patrik Berq ("Budyo-Qlimt"), Brunu Fernandeş, Kazemiro (hər ikisi "Mançester Yunayted", İngiltərə); Hücumçular: Rayan Şerki (“Olimpik Lion”, Fransa), Dominik Solanke (“Tottenhem”), Nikolas Uilyams (“Atletik Bilbao”, İspaniya).

Avropa Liqasında mövsümün komandası müəyyənləşdi Qeyd edək ki, "Tottenhem" mayın 21-də keçirilən final oyununda "Mançester Yunayted"i məğlub edərək (1:0) titulu əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər