Avropa Liqasında məhsuldar gecə

Avropa Liqasında məhsuldar gecə

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, turnirin ilk təsnifat mərhələsi çərçivəsində altı görüş oynanılıb. 

Azərbaycan təmsilçisi “Zirə” səfərdə Moldova “Şerif”i ilə üz-üzə gəlib ki, "qartallar" çətin rəqiblə görüşdən minimal hesablı məğlubiyyətlə dönüb. Bundan başqa, “Elfsborq” (İsveç) "Pafos"u (Kipr), "Pakş" (Macarıstan" "Hunedoara"nı (Rumıniya), "Rujomberok" (Slovakiya) "Tobol"u (Qazaxıstan), "Botev" (Bolqarıstan) "Maribor"u (Sloveniya) və "Visla" (Polşa) "Lyapi"ni (Kosovo) sınağa çəkib ki, bu matçlarda azı iki qol vurulub.

UEFA Avropa Liqası I təsnifat mərhələsi 11 iyul

Elfsborq (İsveç) - Pafos (Kipr) 3:0 Pakş (Macarıstan) - Hunedoara (Rumıniya) 0:4 Rujomberok (Slovakiya) - Tobol (Qazaxıstan) 5:2 Şerif (Moldova) - ZİRƏ (AZƏRBAYCAN) 0:1 Botev (Bolqarıstan) - Maribor (Sloveniya) 2:1 Visla (Polşa) - Lyapi (Kosovo) 2:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər