Çempionlar Liqasının ardınca Avropa Liqasında da qrup mərhələsində IV turun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, bu gecə 12 qrupda 24 oyun baş tutacaq.
Bu turda 12 komanda vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqəni təmin edə bilər. Belə ki, "Suonsi", "Valensiya", "Lüdoqorets", "Salzburq", "Esbyerq", "Rubin", "Anartosis", "Dnepr", "Ayntraxt", "Sevilya", PAOK və "Tottenhem" bu gecə bu vəzifənin öhdəsindən gələ bilər.
Ruslan Abışovun çıxış etdiyi "Rubin" evdə İngiltərənin "Viqan" klubunu qəbul edəcək. Kzan təmsilçisi 1/16 finala çıxmaq üçün ingilisləri məğlub etməli və "Maribor"un xal itirməsini gözləməlidi.
IV turda 14 komandanın qrupda qalması rəsmiləşə bilər. Belə ki, “Kuban”, “Sent Qallen”, “Dinamo” (Zaqreb), “Sulte Varegem”, “Standard”, “Elfsborq”, APOEL, “Panduri”, “Pakuş Ferreyra”, “Riyeka”, “Legiya”, “Tromse”, “Şaxtyor” və “Makkabi” (Hayfa) istənilən nəticəni qazana bilməsə, onlar üçün son iki tur formal xarakter daşıyacaq.
Avropa Liqası
Qrup mərhələsi
IV tur, 7 noyabr
A qrupu
21.00 Kuban (Rusiya) - Suonsi (İngiltərə)
22.00 Sent Qallen (İsveçrə) - Valensiya (İspaniya)
B qrupu
22.00 Ludoqorets (Bolqarısran) - Çernomorets (Ukrayna)
22.00 PSV (Hollandiya) - Dinamo (Zaqreb, Xorvatiya)
C qrupu
22.00 Esbyerq (Danimarka) - Elfsborq (İsveç)
22.00 Standard (Belçika) - Salzburq (Avstriya)
D qrupu
21.00 Rubin (Rusiya) - Viqan (İngiltərə)
22.00 Maribor (Sloveniya) - Sulte Varegem (Belçika)
E qrupu
22.00 Dnepr (Ukrayna) - Pakuş Ferreyra (Portuqaliya)
22.00 Panduri (Rumıniya) - Fiorentina (İtaliya)
F qrupu
22.00 APOEL (Cənubi Kipr) - Bordo (Fransa)
22.00 Makkabi (Təl-Əviv, İsrail) - Ayntraxt (Almaniya)
G qrupu
00.05 Rapid (Avstriya) - Genk (Belçika)
00.05 Tun (İsveçrə) - Dinamo (Dinamo, Ukrayna)
H qrupu
00.05 Sevilya (İspaniya) - Liberets (Çexiya)
00.05 Eştoril (Portuqaliya) - Frayburq (Almaniya)
I qrupu
00.05 Rieka (Xorvatiya) - Olimpik (Lion, Fransa)
00.05 Gimaraynş (Portuqaliya) - Betis (İspaniya)
J qrupu
00.05 Legiya (Polşa) - Trabzonspor (Türkiyə)
00.05 Latsio (İtaliya) - Apollon (Cənubi Kipr)
K qrupu
00.05 Tromse (Norveç) - Anji (Rusiya)
00.05 Tottenhem (İngiltərə) - Şerif (Moldova)
L qrupu
00.05 Alkmaar (Hollandiya) - Şaxtyor (Qazaxıstan)
00.05 Makkabi (Hayfa, İsrail) - PAOK (Yunanıstan)
Fanat.az