Avropa Liqasında II turun nəticələri

Avropa Liqasında II turun nəticələri

Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 12 qrupda yer alan 48 komanda növbəti matçına çıxıb.

 

Tura Qazaxıstanda start verilib. Öz meydanında “Slaviya”nı sınağa çəkən "Astana" 1 xalla kifayətlənib. "Arsenal"ı qəbul edən BATE rəqibi ilə bacarmadığı halda, "Zenit” "Real Sosyedad"ı xalsız yola salıb. 

 

"Partizan"ın qonağı olan Kiyev "Dinamo"su matçın gedişində hesabda 2 top fərqi ilə geri düşsə də, fasilədən sonra 3 qol vuraraq, meydandan qələbə ilə ayrılıb. 

 

Azərbaycan klublarının çıxış etmədiyi yarışda azarkeşlərimizin diqqəti Türkiyə təmsilçilərinə yönəlib. Qonşu ölkə klubları Portuqaliya komandaları ilə üz-üzə gəliblər. “Konyaspor” öz meydanında “Gimaraynş”a qalib gəlib. “Braqa”nın qonağı olan "Başakşəhər" isə məğlubiyyətlə üzləşib.

 

Avropa Liqası

Qrup mərhələsi

II tur, 28 sentyabr

A qrupu

"Astana" (Qazaxıstan) - "Slaviya" (Praqa, Çexiya) - 1:1

Qollar: Tomasov, 42 - Nqadeu-Nqadjui, 18

"Makkabi" (Təl-Əviv, İsrail) - "Vilyarreal" (İspaniya) - 0:0

B qrupu

"Partizan" (Serbiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:3

Qollar: Ozeqoviç, 34; Tavamba, 42 - Moraes, 54, 84; Buyalski, 68

"Skenderbeu" (Albaniya) - "Yanq Boyz" (İsveçrə) - 1:1

Qollar: Sove, 65 - Assale, 72

C qrupu

"Lüdoqorets" (Bolqarıstan) - "Hoffenhaym" (Almaniya) - 2:1

Qollar: Dyakov, 46; Lukoki, 72 - Kaderabek, 2

"Braqa" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə) - 2:1

Qollar: Hassan, 26; Franserjio, 89 - Əmrə, 28

D qrupu

AEK (Afina Yunanıstan) - "Austriya" (Avstriya) - 2:2

Qollar: Livaya, 28, 90 - Monşeyn, 43; Tayuri, 49

"Milan" (İtaliya) - "Riyeka" (Xorvatiya) - 3:2

Qollar: Silva, 15; Musakkio, 53; Kutrone, 90+4 - Akosti, 84; Elez, 89 (pen.)

E qrupu

"Lion" (Fransa) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Traore, 45 - Qomes, 57

"Everton" (İngiltərə) - "Apollon" (Kipr) - 2:2

Qollar: Runi, 21; Vlasiç, 66 - Adrian, 13; Yuste, 88

F qrupu

"Lokomotiv" (Moskva, Rusiya) - "Zlin" (Çexiya) - 3:0

Qollar: Fernandes, 2 (pen.), 6, 17

"Şerif" (Moldova) - "Kopenhagen" (Danimarka) - 0:0

 

G qrupu

"Viktoriya" (Plzen, Çexiya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 3:1

Qollar: Petrjela, 29; Kopiç, 76; Bakos, 89 - Nvakaeme, 69

"Luqano" (İsveçrə) - "Styaua" (Rumıniya) - 1:2

Qollar: Bottani, 14 - Budesku, 58; Maranyao, 64

H qrupu

"Köln" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) - 0:1

Qol: Boakye, 30

BATE (Belarus) - "Arsenal" (İngiltərə) - 2:4

Qollar: İvaniç, 28; Qordeyçuk, 67 - Uolkott, 9, 22; Holdinq, 26; Jiru, 49

İ qrupu

"Zalsburq" (Avstriya) - "Marsel" (Fransa) - 1:0

Qol: Dabbur, 73

"Konyaspor" (Türkiyə) - "Gimaraynş" (Portuqaliya) - 2:1

Qollar: Araz, 24; Miloşeviç, 48 - Hurtado, 74

J qrupu

"Atletik" (Yunanıstan) - "Zarya" (Luqansk, Ukrayna) - 0:1

Qol: Xaratin, 26

"Ostersun" (İsveç) - "Herta" (Almaniya) - 1:0

Qol: Nuri, 22 (pen.)

K qrupu

"Latsio" (İtaliya) - "Sulte Varegem" (Belçika) - 2:0

Qollar: Kaysedo, 18; İmmobile, 90

"Nitsa" (Fransa) - "Vitess" (Hollandiya) - 3:0

Qollar: Plea, 16, 81; Sent-Maksimin, 45

L qrupu

"Rusenborq" (Norveç) - "Vardar" (Makedoniya) - 3:1

Qollar: Bendtner, 25 (pen.); Konradsen, 56; Hedenstad, 68 - Felipe, 90+1

"Zenit" (Rusiya) - "Real Sosyedad" (İspaniya) - 3:1

Qollar: Riqoni, 5; Kokorin, 23, 60 - Lyorente, 41

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər