Bu gun avrokuboklarda qış fasiləsi başa çatacaq. Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da start veriləcək və 1/16 finalın ilk oyunu baş tutacaq. Fanat.az gecənin yeganə oyunu barədə maraqlı məlumatları və proqnozu təqdim edir.
21.00 Fənərbaxça (Türkiyə) - Lokomotiv (Rusiya)
Proqnoz: 1 (1,55), "qol-qol" (1.90), "üst" (2,05).
Hakimlər: Martin Stromberqsson, Daniel Qustavsson, Stefan Hallberq, Maqnus Syoblom (İsveç).
Əlavə köməkçi hakimlər: Bojan Pandiç, Məhəmməd Əl-Hakim (İsveç).
İstanbul. Şükrü Saracoğlu stadionu.
Öncədən qeyd edək ki, bu qarşılaşma daha çox siyasi xarakter daşıyacaq. Çünki Türkiyənin hava sərhədlərini pozan Rusiya hərbi təyyarəsinin vurulmasından sonra iki ölkə arasında siyasi gərginlik yaranıb. Dövlətlər arasında deplomatik və ticarət əlaqələri kəsilib, hökumət rəsmiləri qarşılıqlı ittihamlarla çıxış edir, hətta tərəflərin müharibə hazırlığında olduğu da iddia olunur. Düzdü, dünən türk azarkeşləri "Lokomotiv"i İstanbul hava limanında gül-çiçəklə qarşılayaraq hər şeyin qaydasında olduğunu göstərməyə çalışıb. Amma ölkələr arasındakı siyasi gərginginliyin futbol meydanına da sirayət edəcəyini indidən deyə bilərik.

Komandalara gəlincə, "Fənərbaxça" bu mövsüm Super Liqada uğuru çıxış edir. 21 turda aktivinə 49 xal yazan İstanbul klubu turnir cədvəlinə başçılıq edir və ehtiyatda iki oyunu olan "Beşiktaş" isə 45 xalla ikinci pillədədi.
"Lokomotiv"də isə vəziyyət fərqlidi. Moskva klubu 18 turda aktivinə 32 xal yazıb. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan komanda lider ÇSKA-dan 5 xal geri qalır. "Lokomotiv" ötən ilin dekabrından sonra - təxminən 2,5 aydı rəsmi oyuna çıxmayıb. Bu müddətdə yalnız yoxlama oyunları keçirən komandanın ideal formada olmadığını desək yəqin ki, yanılmarıq.
"Fənərbaxça"nın heyətində 3 itki var. Lazar Markoviç və Abdulaye Ba zədə, Dieqo Ribas isə cəza səbəbindən qarşılaşmanı kənardan izləyəcək. "Lokomotiv"də isə zədəli Roman Şişkin və cəzalı Vedran Korluka oynamayacaq. Əvəzində "Beşiktaş"ın sabiq üzvü Manuel Fernandes "Fənərbaxça"ya qarşı oynamaq hüququ qazanacaq.
* İki komanda avrokuboklarda ilk dəfə qarşılaşacaq.
* "Fənərbaxça" avrokuboklarda rus klublarına qarşı 4 oyun keçirib və cəmi 1 qələbə qazana bilib.
* "Lokomotiv" avrokuboklarda türklərlə 8 dəfə qarşılaşıb və 2 qələbəyə sevinib.
* "Fənərbaxça"nın bu mövsüm Avropa Liqasında vurduğu 7 qoldan 5-nin müəllifi Fernandao olub. O, həmçinin bir məhsuldar ötərmə verib.
* "Fənərbaxça"nın evində oynadığı son 11 avrokubok matçının sadəcə 2-də yenilib.

Yuxarıda da qeyd etdiyimiz kimi siyasi proseslər oyuna öz təsirini göstərəcək və azarkeşlər Şükrü Saracoğlu stadionunda olduqca gərgin bir matça şahidlik edəcək. "Fərənbaxça" prinsipial rəqiblə görüşdə qələbə qazanmağa çalışacaq. "Lokomotiv" isə səfər oyununda sərfəli nəticə qazanaraq cavab matçında işini rahatlaşdırmaq istəyir. Proqnozsevərlərə "Fənərbaxça"nın qələbəsini (1,55), "qol-qol" (1.90) və "üst" (2,05) variantlarını məsləhət görə bilərik.
Mümkün start heyətləri
Fənərbaxça: Fabiano, Gökhan Gönül, Simon Kyaer, Bruno Alveş, Hasan Ali Kaldırım, Mehmet Topal, Jozef de Souza, Ozan Tufan, Volkan Şen, Robin van Persi, Nani.
Lokomotiv: Guilherme, Arseni Loqaşov, Taras Mixalik, Nemanya Peyçinoviç, Vitali Denisov, Devin N`Dinqa, Manuel Fernandes, Aleksandr Səmədov, Aleksandr Kolomeytsev, Alan Kasayev, Petar Şkuletiç.
Fanat.az