Avropa Liqası: “Xəzər Lənkəran” “Slima”ya qarşı

Avropa Liqası: “Xəzər Lənkəran” “Slima”ya qarşı

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin açılış matçında “Xəzər Lənkəran” səfərdə ilk görüşünü keçirəcək.

Təmsilçimiz Malta “Slima”sı ilə münasibətlərinə aydınlıq gətirəcək. Matçın favoriti kimi göstərilən cənublular ilk oyunda cütün taleyini həll etmək üçün mütləq qələbə qazanmağa çalışacaq. 

Ta-Qali şəhərinin eyniadlı stadionunda keçiriləcək görüşü estoniyalı Erik Saar idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. 

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 11-də Lənkəranda keçiriləcək. 

Avropa Liqası

I təsnifat mərhələsi (ilk oyun) 

2 iyul

20:45. “Slima” (MALTA) – “Xəzər Lənkəran” (AZƏRBAYCAN) 

Baş hakim: Erik Saar (Estoniya) 

Ta-Qali şəhərinin mərkəzi stadionu. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər