Avropa Liqası: "Qalatasaray" pley-offda

Avropa Liqası: "Qalatasaray" pley-offda
Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
 
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha 6 qarşılaşma baş tutub.
 
Azərbaycanın bu turnirdəki təmsilçisi "Neftçi” səfərdə Finlandiyanın HİK komandası ilə cavab matçına çıxıb. Bakıdakı ilk oyunda qalib müəyyənləşməmişdi – 2:2. Cavab matçında qələbə qazanan HİK pley-offda Türkiyənin "Fənərbağça” klubu ilə qarşılaşmaq hüququ əldə edib.
 
Türkiyənin "Qalatasaray” klubu Şotlandiya səfərində "Sent-Conston” komandasının qonağı olub. "Sarı-qırmızı”lar mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıydı. Komandalar arasındakı ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü məhz Türkiyə nəhənginin qələbəsiylə yekunlaşıb.
 
Xatırladaq ki, Kiprin "Omoniya” və Slovakiyanın "Slovan” komandaları pley-offa vəsiqəni daha öncə təmin etmişdi.
 
Avropa Liqası
III mərhələnin cavab oyunları
12 avqust
 
Alakşert (Ermənistan) – Kayrat (Qazaxıstan) 3:2
İlk oyun – 0:0
 
HİK (Finlandiya) – Neftçi (Azərbaycan) 3:0
İlk oyun – 2:2
 
Anortosis (Kipr) – Rapid (Avstriya) 2:1
İlk oyun – 0:3
 
Jalgiris (Litva) – Mura (Sloveniya) 0:1
İlk oyun – 0:0
 
Sent-Conston (Şotlandiya) – Qalatasaray (Türkiyə) 2:4
İlk oyun – 1:1
 
Seltik (Şotlandiya) – Yablonets (Çexiya) 3:0
İlk oyun – 4:2
Qeyd edək ki, daha əvvəl Kiprin "Omoniya" və Slovakiyanın "Slovan" (Bratislava) komandaları pley-offa yüksəlib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər