Bu gün UEFA Avropa Liqasında (AL) pley-off mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyin şəhərində keçirilən mərasimdə qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqası qruplarında 3-cü yeri tutmuş eyni sayda komanda iştirak edib.
UEFA Avropa Liqası Pley-off mərhələsi
"Zenit" (Rusiya) - "Betis" (İspaniya) "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) "Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) "Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) "Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) "Layptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya)
Pley-offda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər. Səpələnmiş klublar ilk oyunlarını 2022-ci il fevralın 17-də səfərdə keçirəcəklər. Cavab görüşləri isə bir həftə sonra olacaq.