Avropa Liqası oyununun yeri dəyişdirildi

Avropa Liqası oyununun yeri dəyişdirildi
UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Norveçdə keçirilməli olan "Molde” – "Hoffenhaym” matçının yerini dəyişdirib.
 
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, görüşün İspaniyada keçirilməsi qərara alınıb. Matç fevralın 18-də, Vilyareal şəhərinin "Ceramica” stadionunda keçiriləcək.
Qeyd edək ki, buna səbəb koronavirus pandemiyası ilə əlaqədar Norveç və Almaniya arasındakı beynəlxalq uçuşlara məhdudiyyətlər qoyulmasıdır. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər